Özgür Özəl yenidən sədr seçildi

saytların hazırlanması

Evə çatdırılma

Özgür Özəl yenidən sədr seçildi

Dünya

14 Noyabr 2026 19:49 58


Türkiyədə Özgür Özəl yenidən Yeni Partiyanın sədri seçilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, partiyanın “Türkiyə yenilənir” şüarı ilə Ankaradakı İdman Sarayında keçirilən qurultayında səsvermə baş tutub. Sərfəli qiymətə məhsullar

Qurultayda Partiya Məclisi və Ali İntizam Şurasının üzvlərinin seçkilərinin “blok siyahı” üsulu ilə keçirilməsi səsvermə yolu ilə qəbul edilib.

Başqan seçkilərində namizədlik müraciətlərinin təqdim olunması üçün üzvlərə 30 dəqiqə vaxt verilib. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra heç bir namizədlik müraciəti daxil olmayıb. Beləliklə, hazırkı sədr Özgür Özəl qurultayda yeganə namizəd olub.

Bundan əlavə, fəaliyyət və maliyyə hesabatları, eləcə də qurultayın yekun bəyannaməsi ilə bağlı hesabat müzakirə edilərək yekdilliklə qəbul olunub./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!