Papa Fransisk Vatikanın Rusiya və Ukrayna arasındakı münaqişəni sona çatdırmağa çalışan sülh missiyasında iştirak etdiyini bildirib.
Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, bu barədə Katolik Kilsəsi məlumat yayıb.
Pantifik bildirib: “Mən edilməsi lazım olanı etməyə hazıram. İndi bir missiya var, amma hələ ictimai deyil. Nəşr olunanda mən bütün bunlara işıq salacağam”. pizza
Onun sözlərinə görə, sülh həmişə müxtəlif kanalların açılması ilə əldə edilir:
“Siz bütün yolları bağlayaraq sülh əldə edə bilməzsiniz. Bu, asan deyil”.
Telegram kanalımız