Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu "təxribat" adlandırıb.
Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan "Armenpress"ə bildirib.
"Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır", - deyə o qeyd edib. pizza mizza
Telegram kanalımız