Yerasxdan (Arazdəyən) Naxçıvan (Azərbaycan) sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər olan hissələrdə infrastrukturun tikintisi və bərpası tamamilə xarici özəl və ya dövlət vəsaitlərindən deyil, Ermənistanın dövlət büdcəsindən maliyyələşdiriləcək.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Hökumət başçısı Ermənistan tərəfinin bu layihələrə sadiq qalmasının digər layihə iştirakçılarının tərk edilməsi və ya kənarlaşdırılması demək olduğu iddialarını təkzib edib: pizza
"Bu, Rusiya tərəfinin iştirakdan imtina etməsi və ya kənarlaşdırıldığı anlamına gəlmir. Sadəcə tikintinin Ermənistanın dövlət büdcəsindən maliyyələşdiriləcəyi deməkdir. Hökumət öz ərazisindəki infrastrukturun müəyyən hissələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün məsuliyyəti öz üzərinə götürür".
Telegram kanalımız