“Texniki problemlər mane olmazsa, bu il tikinti işlərinə başlamaq istəyirik”.
“Yeni Sabah” Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, TRIPP layihəsi ilə bağlı hazırda ixtisaslaşmış qrupların birbaşa yerində mühəndislik tədqiqatları apardığını vurğulayıb: Dominos pizza
“Proses davam edir və potensial rabitə marşrutlarını, nəqliyyat qovşaqlarını və elektrik xətlərini yoxlayan işçi qrupları ilə başlayır. Hazırda müxtəlif mühəndislik, dizayn, layihə, maliyyə və logistika məsələləri demək olar ki, həftəlik, bəlkə də gündəlik müzakirə olunur".
Baş nazir qeyd edib ki, bu strateji logistika dəhlizinin inkişafı hazırda hökumət səviyyəsində heç bir maneə ilə üzləşmir:
“Siyasi və ya maliyyə baxımından heç bir maneə yoxdur, lakin sırf texniki və təşkilati məsələlər yarana bilər”.
Telegram kanalımız