Paxlava satıb sərvət qazandı - Ayda 20 min dollar...

saytların hazırlanması

Evə çatdırılma

Paxlava satıb sərvət qazandı - Ayda 20 min dollar...

Maraqlı

22 Sentyabr 2026 14:29 120


ABŞ-də yaşayan 30 yaşlı Ceykob Komarou paxlava satmaqla qurduğu biznesi qısa müddətdə böyüdüb. Əvvəlcə konsertə gedərkən aldığı üç sini türk paxlavasını satan gənc indi ayda 20 min dollardan çox satış edir.

“Yeni Sabah” xəbər verir ki, Komarou 2021-ci ildə dostunun çağırışından sonra paxlava satmağa başlayıb. Əvvəlcə bunu sadəcə əyləncə üçün etsə də, qazanc əldə etdikdən sonra işi davam etdirmək qərarına gəlib.

Onun paxlava satmaq macərası 2021-ci ildə Kaliforniyada keçirilən "Phish" konsertinə gedərkən başlayıb. Gənc konsertdən əvvəl Yaxın Şərq məhsulları satan mağazadan üç sini hazır paxlava alıb. Daha sonra konsertə gələnlərə şirniyyatları satmağa başlayıb. O, həmin gün üç sininin hamısını satıb və özünün sözlərinə görə, qoyduğu pulu təxminən üçqat artırıb. Pepperoni pizza

Komarounun işində əsas dəyişikliklərdən biri 2022-ci ildə baş verib. O, Nyu-Cersinin Paterson şəhərində bir türk satıcıdan paxlava alıb. Türk paxlavasını bəyənən Komarou daha sonra Qaziantepdə fəaliyyət göstərən şirniyyat istehsalçısı ilə əlaqə yaradıb. Hazırda onun “Good Baklava” adlı biznesində satılan məhsullar Türkiyədəki təchizatçıdan alınaraq Nyu-Yorka göndərilir.

“Good Baklava”nın tanınmasında Nyu-York “Knicks” basketbol komandasının oyunları da mühüm rol oynayıb. Komarou “Madison Square Garden” ətrafında “Knicks” azarkeşlərinə pulsuz baklava paylayıb. Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra onun şöhrəti  artıb.

Komarou həmin hadisədən sonra bir gecə ərzində “Instagram”dakı izləyicilərinin sayının 20 faiz artdığını bildirib. “Good Baklava” son 9 ay ərzində küçə satışı, müvəqqəti satış məntəqələri, kafelərə topdan satış və internet sifarişləri hesabına ayda orta hesabla 20 min dollardan çox satış həyata keçirib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!