Paytaxt məktəbində şagirddə vərəm xəstəliyi aşkarlandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt məktəbində şagirddə vərəm xəstəliyi aşkarlandı - Video

Sosial

07 Aprel 2023 23:58 851


Bakının Binə qəsəbəsindəki 136 nömrəli məktəbdə vərəm xəstəliyi aşkar edilib.

Yenisabah.az xəbər verir ki, 8 gün əvvəl məktəbin 8-ci sinif şagirdinin vərəm xəstəliyinə yoluxduğu məlum olub.

Bundan sonra təcili olaraq həmin sinifdə olan bütün şagirdlərə vərəm əleyhinə peyvənd vurulub. Sezar pizza

Məktəbin direktoru Aysel Şərbətova deyib ki, vərəm xəstəliyi aşkarlanan şagird sonuncu dəfə dərsə martın 10-da gəlib. Onun sözlərinə görə, hazırda həmin şagirdin müalicəsi davam etdirilir.

Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzindən isə bildirilib ki, sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub, hazırda dərslər öz axarı ilə davam edir. Məktəbdə gündəlik olaraq dezinfeksiya işləri aparılır.

Daha ətraflı süjetdə:

/Xəzərxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!