Ölkədə koronavirus pandemiyasına kəskin artım müşahidə edildiyindən vətəndaşların bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxtda kompleks tədbirlər həyata keçirilir.
Yenisabah.az Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu tədbirlər çərçivəsində sabah, avqustun 28-də səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçiriləcək .
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur. Sezar pizza
Telegram kanalımız