Pensiya ilə bağlı bəd xəbər:   Sovet dövründə çalışanlar...

saytların hazırlanması

Evə çatdırılma

Pensiya ilə bağlı bəd xəbər: Sovet dövründə çalışanlar...

Sosial

21 Noyabr 2025 16:18 66419


Sovet dövründə işləyən minlərlə vətəndaşın pensiya kapitalı bu gün çox aşağı hesablanır və bu problem sosial narazılıq doğurmaqdadır. Vətəndaşlar bildirirlər ki, təyinatla işlədikləri illərin dəyəri pensiya sistemində nəzərə alınmır və cəmi bir neçə manat hesablanması ədalətsizdir.

Sosial şəbəkələrdə bu mövzu davamlı şəkildə şikayət və çağırış formasında gündəmə gətirilir. İnsanlar bu məsələnin Milli Məclisdə yenidən müzakirə olunmasını və sovet dövrü kapitalının indeksasiyasına baxılmasını tələb edirlər.

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu istiqamətdə artıq qanunvericilikdə dəyişiklik edilib: pizza sifarişi

“Artıq qanunvericilikdə dəyişiklik edilib. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununu var. Bu məsələ bir müddət əvvəl müzakirə olunub. Artıq hesablama forması müəyyən edilib.

Nə bu məsələnin indi Milli Məclisə çıxarılması, müzakirə edilməsi, nə də qanunda dəyişiklik edilməsi gözlənilir.

Bu məsələ niyə yenidən gündəmə gəlib, bilmirəm. Mən də çox istərdim ki, sovet dövründə çalışan minlərlə vətəndaşın pensiya kapitalı daha yüksək məbləğlərlə hesablan­sın”.

Komitə rəsmisi əlavə edib ki,  vətəndaşların pensiya kapitalının artırılması üçün müzakirələr aparılsa da, hökumət nümayəndələri mövqelərini belə əsaslandırıblar:

“Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub, hökumət nümayəndələri ilə danışıqlar aparılıb. Onlar məsələni belə əsaslandırıblar ki, nə qədər vəsait yığılıbsa, həmin məbləğ əsasında hesablamalar aparılıb. Xülasə, hökumət nümayəndələri məsələni bu şəkildə əsaslandırırlar. Artıq bununla bağlı qanun da qəbul edilib və normativ sənədlər təsdiqlənib.

Vətəndaşlar bilmək istəyirlər ki, bu məsələ yenidən Milli Məclisdə müzakirə oluna bilərmi? Bu isə gözlənilmir, belə bir məsələ nəzərdə tutulmayıb”.

O, qeyd edib ki, dövlət büdcəsi haqqında qanun layihəsi artıq qəbul edildiyi üçün yaxın vaxtlarda bu məsələyə yenidən qayıdılması gözlənilmir:

“Bilirsiniz ki, 2026-cı ilin büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi. Ona görə də Sovet dövründə çalışan vətəndaşların pensiya kapitalının artırılması və müzakirəsi gözlənilmir".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mehman
    Hal hazirda Rasiyada 1991 ile qeder ve 1991ci ilden sonraki banklarda qalan xususende Sberbankdan olan pullarin yeni rublla yuksek meblegde konvertasiyasina haziliq gedir, bizde ise bunu 1992 ci ile qeder etdiler, bes 92 ve sonrasi, yeni sovet dovrunde calisanlarinda nezere alinmali ve emek haqlari konvertasoya edilmelidi
    6 months ago
  • Namiq
    Bu haqsızlıqdır.yenidən baxılsın!...
    6 months ago
  • Rahilə
    Milli məclisdə oturanları çoxusu sovet dövrünün adamlarıdır, nə əcəb özləri çox alır? Ona görə pensiyaya çıxmırlar ki, pensiya alsalar qəpik-quruş alacaqlar
    6 months ago
  • Museyib
    Niye baxmirlar dusunmurleki millet surunur 220 manata nece dolansin bu millet
    6 months ago
  • Sahib
    Zəhmət çəkin yenidən baxın.Bəs xalq sizi məclisə nə üçün göndərib?Sovet zamanı biz atamıza işləməmişik ki, dövlətə işləmişik.Necə olur ki, siz 7-8 min manat təqaüd alırsınız, biz 250-300 manat.Heçmi humanizmdən xəbəriniz yoxdur?
    6 months ago
  • Susən
    Allah həmişə haqsızlıq edən məmurlara biz çəkdiyimiz əziyyəti onlara borc etsin.Bizə yaşatdıqlarını yaşamamış Allahım öldürməyəcək.Allah qözünüzü doydursun
    6 months ago
  • Murad
    Bu xalqa rəhminiz gəlsin, ay yuxarıda oturanlar! Xalq bir gün ayağa qalxsa pis qalxacaq. O gündən qorxun. Ən əsası Allahdan qorxun, ay allahszlar kütləsi, ay allahszlar yığını, qorxun!
    6 months ago
  • Şükür Məmmədov
    Elə qərar çıxartmaq MM. BƏS özləri nə yeyər?
    6 months ago
  • Yusif
    Çooox pis …! Bu haqsızlıqdı!
    6 months ago