"Çelsi" klubunun ulduz futbolçusu Koul Palmer "Ginnesin Dünya Rekordları" kitabının rəsmi rekordçusu adına layiq görülüb.
“Yeni Sabah” xəbər verir ki, ingilis yarımmüdafiəçi 2024-cü il aprelin 15-də İngiltərə Premyer Liqası çərçivəsində "Everton"a qarşı keçirilən qarşılaşmada cəmi 29 dəqiqə ərzində "mükəmməl het-trik" (sol ayaq, sağ ayaq və başla vurulan qollar) müəllifi olaraq liqa tarixində yeni rekorda imza atıb.
Həmin görüşdə Palmer 13-cü dəqiqədə sol ayağı, 18-ci dəqiqədə başı, 29-cu dəqiqədə isə sağ ayağı ilə rəqib qapısına yol tapıb. Bununla da o, 1995-ci ildən bəri Tommi Consona məxsus olan 38 dəqiqəlik rekordu yeniləyib. Onlayn mağaza
Matçın ikinci hissəsində penaltidən daha bir qol vuran gənc futbolçu qarşılaşmanı "poker"lə tamamlayıb, "Çelsi" isə rəqibini 6:0 hesabı ilə darmadağın edib. Sözügedən tarixi nailiyyət artıq "Ginnesin Dünya Rekordları" təşkilatı tərəfindən təqdim edilən rəsmi sertifikatla təsdiqlənib.
Nazim Hacıyev
Telegram kanalımız