Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra rayonlarda güclü külək əsəcək.
“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.
Xəbərdarlığa əsasən, paytaxt və Abşeron yarımadası ilə yanaşı, Salyan, Neftçala, Hacıqabul, Qobustan və Xızıda cənub-qərb küləyi əsəcək. Məişət texnikası
Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.
Aytac Əliyeva
Telegram kanalımız