Bakı küçələrində piyada zolaqlarının silinməsi həm nəqliyyat vasitələri, həm də piyadalar üçün müəyyən problemlər yaradır.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Yenisabah-a bildirib ki, piyada zolaqları pozulanda davamlı olaraq yenilənir:
“Həm piyada keçidində, həm də digər nişanlanma xəttləri var ki, onlar hərəkət intensivliyindən asılı olaraq, müəyyən bir müddət sonra xəttlər solur, görünməz hala gəlir. Ona görə də, monitorinq qrupumuz onların rənglənməsini mütəmadi olaraq həyata keçirir. Sezar pizza
Daxil olan müraciətlər əsasında ərazidə boyanma işləri həyata keçirilir”.
İmamət İSMAYILOVA
Telegram kanalımız