Polad Bülbüloğlu ilə bağlı   ŞOK FAKT AÇIQLANDI – “Tapança alıb, aeroporta getdik…”

saytların hazırlanması

Evə çatdırılma

Polad Bülbüloğlu ilə bağlı ŞOK FAKT AÇIQLANDI – “Tapança alıb, aeroporta getdik…”

Mədəniyyət

08 Oktyabr 2026 20:07 468


"Qara Qarayev Amerikadan gələndə Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim Kərimoğlu deyib.

"Polad üçüncü kursda oxuyanda mən birinci kursda oxuyurdum. Qara müəllim Amerikaya getmişdi. Bilmirəm, başımız işləmirdi, yoxsa çox cavan idik, hər nədirsə, getdik "Dinamo" mağazasına, oradan hərəyə bir dənə start tapançası aldıq. pizza sifarişi

Dedik, hamımıza alaq, gedək müəllimimizi (əlini yuxarı qaldırıb tapança edir, gülümsəyərək) part-part. Amerikadan gəlib kişi. Aeroportda adam elə şey edər?

Aləm dəydi bir-birinə. Milis gəldi. Yaxşı ki, Qara müəllim araya girdi. Amma sonra bizi danlamışdı ki, belə şey olar? Nə isə, onu belə qarşıladıq. Aeroporta bir yerdə getmişdik, elə Poladın maşınında... Mən, Lyonya Vaynşteyn".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!