Poliklinikada ödəniş üstündə dava düşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Poliklinikada ödəniş üstündə dava düşdü - Video

Sosial

01 Aprel 2022 23:40 1500


Tibb müəssisəsində ödəniş üstündə vətəndaşla mübahisə yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baku TV süjet hazırlayıb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 8 saylı poliklinikada baş verib. Toyuqlu pizza

Sağlamlıq arayışı almaq üçün ərazi üzrə poliklinikaya gələn vətəndaşla tibb işçiləri arasındakı mübahisənin səbəbi ödənişin nağd yox, kart vasitəsilə edilməsi tələbindən yaranıb. O, plastik kartının olmadığını, ödənişi nağd həyata keçirmək istədiyini deyib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar yalnız nağdsız qaydada həyata keçirilir.

Buna görə də sözügedən tibb müəssisəsində vətəndaşdan nağdsız ödəniş tələb olunub. Eksperlər bildirir ki, bu addım bəzi xoşagəlməz halların, xüsusən rüşvətxorluğun qarşısını almaq üçün həyata keçirilir.

Daha ətraflı sujetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!