Polis koronavirus xəstəsini çayxanada saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis koronavirus xəstəsini çayxanada saxladı

Sosial

19 Oktyabr 2021 10:47 415


Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayonun Qıpçaq kənd sakini Tural Abdıyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisindəki çayxanada aşkarlanıb. İnfeksiyanın yayılmasına şərait yaradan T.Abdıyev tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Onun barəsində Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!