Polis toya gedən 12 nəfəri geri qaytardı

saytların hazırlanması

Evə çatdırılma

Polis toya gedən 12 nəfəri geri qaytardı

Sosial

27 Avqust 2021 10:12 1085


Avqustun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Yenisabah.az-a verilən məlumat görə, monitorinq 1 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: pizza sifarişi

-3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

-12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!