Qalibaf: Top ABŞ-nin meydançasındadır

saytların hazırlanması

Evə çatdırılma

Qalibaf: Top ABŞ-nin meydançasındadır

Dünya

03 Noyabr 2026 11:29 88


"Ali Baş Komandan mümkün düşmən hücumuna qarşı hərbi strategiyamızı dəqiqləşdirib. Buna uyğun olaraq, düşmənin hər hansı bir səhv hesablamasına hərbi və strateji cavabımız gözlənilməz olacaq".

"Yeni Sabah" Mehr News-a istinadla xəbər verir ki, bunu İran parlamerntinin (İslami Şurası Məclisi) sədri Məhəmməd Baqir Qalibaf bildirib.

O əlavə edib: "İslam Respublikasının barmağı tətikdə, döyüşə hazır olduğu kimi, Amerika tərəfi də güclü və rasional cavab verməlidir. İndi müharibənin qarşısını almaq üçün top Amerikanın meydançasındadır. Biz hərbi sahədə müdafiə hazırlığının ən yüksək səviyyəsindəyik və əgər Vaşinqton yenidən strateji səhv edərsə, bilməlidir ki, bu dəfə yeni bir döyüş meydanı ilə qarşılaşacaq və çıxış yolu axtarmaqda daha aciz vəzityyətdə qalacaq". Toyuqlu pizza

Region ölkələrinə müraciət edən İslami Şurası Məclisinin sədri bildirib:

"Onlar bilməlidir ki, İran özünü müdafiə etməyə tam hazırdır və düşmənin hər hansı bir səhv hərəkəti halında güclü cavab verəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!