Sentyabrın 3-də ölkə ərazisində 57 cinayət açılıb.
DİN-in Mətbuat Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Hesabat günündə axtarışda olduğuna görə ümumilikdə 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 88-i borclu şəxs qismində axtarışda olub. pizza
Bundan başqa, narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Aytac Əliyeva
Telegram kanalımız