Prezidentdən “Sabah”la bağlı mühüm mesaj

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən “Sabah”la bağlı mühüm mesaj

Siyasət

26 Avqust 2026 11:01 282


Prezident İlham Əliyev “Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik paylaşımı edib.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçısı paylaşımında “Sabah”ın qısa müddətdə belə böyük uğura imza atmasının xüsusi sevinc və qürur doğurduğunu qeyd edib.

İlham Əliyev klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanmasının Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin və ölkənin idman dövləti kimi mövqeyinin göstəricisi olduğunu vurğulayıb. pizza sifarişi

Prezident “Sabah” klubuna qarşıdakı matçlarda yeni qələbələr və uğurlar arzulayıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!