Puqaçovanın İsraildəki evi qarət olunub?

saytların hazırlanması

Evə çatdırılma

Puqaçovanın İsraildəki evi qarət olunub?

Şou

04 Mart 2023 10:11 684


Rusiyanın Xalq artisti Alla Puqaçovanın İsrailin Qeysəriyyə şəhərindəki evinin qarət edildiyi iddia olunub.

Yenisabah.az "Moskovski komsomolets"ə istinadla xəbər verir ki, oğrular müşahidə kameralarını sındırıblar və evdən qiymətli əşyalar, həmçinin, 38 milyon rubl (təxminən 858 min manat) məbləğində pul oğurlayıblar.

Puqaçova şayiələri təkzib edib. O, vurğulayıb ki, sözügedən şəhərdə yaşamır və heç kim onun evini qarət etməyib. pizza

A. Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!