Putin Ərdoğana təşəkkür etdi 

saytların hazırlanması

Evə çatdırılma

Putin Ərdoğana təşəkkür etdi 

Dünya

19 İyul 2022 22:12 900


Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Yenisabah.az xəbər verir ki, Kreml görüş barədə məlumat yayıb.

Görüş zamanı Rusiya prezidenti Ərdoğana Ukraynadan taxıl ixracına göstərdiyi köməyə görə təşəkkür edib. O qeyd edib ki, tərəflər Türkiyənin yardımı sayəsində bu problemin həllində “irəliyə gediblər”. Pepperoni pizza

“Vasitəçilik səylərinizə, ərzaq məsələləri, Qara dəniz vasitəsilə taxıl ixracı problemlərinə dair danışıqlar üçün Türkiyə platforması təmin etdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Sizin vasitəçiliyinizlə biz irəlilədik. Düzdür, bütün məsələlər hələ həll olunmayıb, amma hərəkətin olması artıq yaxşıdır”, - deyə Putin bildirib.

Türkiyə prezidenti Rusiyanın “taxıl problemi” ilə bağlı danışıqlarda mövqeyini “pozitiv və konstruktiv” adlandırıb, danışıqlar prosesinin nəticəsinin beynəlxalq siyasi gündəmin mövzusu olacağına ümid etdiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!