Putinin elçisi Tehranda mühüm görüşlər keçirir

saytların hazırlanması

Evə çatdırılma

Putinin elçisi Tehranda mühüm görüşlər keçirir

Dünya

08 Aprel 2023 13:26 709


Rusiya prezidenti Vladimir Putinin xüsusi köməkçisi İqor Levitin ikigünlük səfərlə Tehrana gəlib.

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, o, İranın birinci vitse-prezidenti Məhəmməd Moxberlə görüşüb. Bundan sonra o, yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla bir araya gəlməlidir.

İ. Levitinin İranın digər rəsmiləri ilə də görüşləri planlaşdırılıb. Toyuqlu pizza

Rusiya ilə ortaq layihələr bu müzakirələrin əsas mövzusu olacaq.

Bazar günü Putinin xüsusi köməkçisi Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.

Əsas müzakirələr Şimal-Cənub Dəhlizinin dəmir yolu layihəsi və Rusiyanın burada iştirakı ilə bağlı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!