Putinin partiyası qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Putinin partiyası qalib gəldi

Dünya

21 Sentyabr 2026 19:26 161


Ukraynaya qarşı müharibə başladıqdan sonra Rusiyada ilk dəfə parlament seçkiləri keçirilib.

“Yeni Sabah” xəbər verir ki, son rəqəmlərə görə, hakim “Vahid Rusiya” partiyası Dövlət Duması seçkisində böyük fərqlə öndədir.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, “Vahid Rusiya” partiyası parlamentdəki 450 yerdən 355-nə sahib çıxıb. Pepperoni pizza

Rusiyada 3 gün davam edən seçkilərin son günü Ukraynanın böyük hücum dalğası fonunda baş verib. Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, ordu qüvvələri ölkə ərazisində, eləcə də ilhaq edilmiş Krım yarımadasında və Qara dənizdə ümumilikdə 1110 Ukrayna pilotsuz təyyarəsini vurub.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!