“Pandemiya hələ bitməyib və “Omikron” mutasiya edən sonuncu ştamm deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
O, maska qadağasının tezliklə aradan götürülə biləcəyini bildirib: Sezar pizza
“Pandemiya hələ bitməyib. Dünya Səhiyyə Təşkilatı bununla bağlı raport verməyib. Pandemiya varsa, karantin qaydaları varsa, karantinin sərtləşdirilməsi və yumşaldılması epidemioloji vəziyyətə görə aparılır.
Hazırda Çində olan vəziyyət, əlbəttə narahatedicidir və bunun hansı nəticələr doğuracağını əvvəlcədən demək çox çətindir. Bu gün Azərbaycandakı epidemioloji vəziyyətə əsasən maska qadağası ləğv oluna bilər. Sadəcə olaraq indiki durumda sabah vəziyyətin necə olacaq biz indidən deyə bilmərik.
Epidemioloji vəziyyət tələb edildikdə, yenidən sərtləşdirilə bilər. Pandemiya hələ bitməyib və “Omikron” mutasiya edən sonuncu ştamm deyil”.
Cavad Salmanlı
Telegram kanalımız