Qar kəsəcək, şaxta olacaq, yollar buz bağlayacaq   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Qar kəsəcək, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sosial

14 Yanvar 2024 10:18 2985


Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

“Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağıb. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-də, 15-də və 16-da gecə və səhər saatlarında bəzi magistral yolların buz bağlama ehtimalı var, xüsusən də dağlıq və dağətəyi rayonlarda. Yağıntıların ayın 15-i səhər saatlarına doğru tədricən kəsiləcəyi, yanvarın 15-də gündüz Bakıda və Abşeron yarımadasında, habelə bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir”, – o vurğulayıb.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!