“İşğaldan azad olunmuş bölgələrdə yaşamaq istəyən istənilən Azərbaycan vətəndaşı ilk növbədə, həmin bölgənin sakini olmalıdır. Bundan sonra orada yaşaya bilər”.
Bu sözləri Yenisabah.az-a millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, Azərbaycan vətəndaşlarının işğaldan azad olunan bölgələrdə yaşamaq istəməsində heç bir mane yoxdur. Lakin bu məsələdə xüsusi incə məqam var:
“İşğaldan azad olunan bölgələrimizə köçmək istəyən istənilən Azərbaycan vətəndaşını alqışlamaq, şərait formalaşdırmaq və onlara kömək etmək lazımdır. Torpağımızın hər qarışı vətəndir. O ərazilər də Azərbaycan dövlətinin ərazisidir. Yəni, sərbəst qaydada hamı gedib istədiyi yerdə yaşaya bilər. Pepperoni pizza
İlkin mərhələdə hissə-hissə köçürülmələr olacaq. İlk növbədə, yəqin ki, həmin rayonların özlərinin yerli sakinləri köçürüləcəkdir. Ancaq həmin bölgələrdə yaşamaq istəyən istənilən azərbaycanlının arzusunun nəzərə alınacağı da istisna deyil. Yaxşı olardı ki, ayrıseçkilik edilməsin. Hər bir azərbaycanlı işğaldan azad olunan bölgənin hansında yaşamaq istəyirsə, müraciət edib arzusunu dilə gətirsin və yəqin ki, müsbət cavab alacaq”.
Deputat qeyri məcburi-köçkün və qeyri-qaçqınların həmin bölgələrdə yaşamaq üçün şəxsi vəsaiti hesabına torpaq mülkiyyətinin alınması fikrinə də münasibət bildirib:
“Heç kim cibindən pul verib torpaq almayacaq və almaq səlahiyyəti də yoxdur. Heç buna ehtiyac da yoxdur. Dövlət ən yüksək səviyyədə ora köçürülən vətəndaşlarımızın məşğulluğunun təmin olunması üçün tədbirləri görüb və görməkdə də davam edir. Torpaqlarımız çoxdur. Qeyri məcburi-köçkün və qeyri-qaçqınlar da həmin ərazilərə qeydiyyata düşəndən sonra sakinlik statusu alacaq və ona da həyətyanı torpaq sahəsi ayrılacaq, mənzil veriləcək”.
Elman Məmmədov həmin bölgələrdə postmüharibədən sonra kənlərində yaşayış evlərinin tikilməsinin çox gec aparıldığına belə şərh verib:
“Orada proses çox gec getmir, əksinə həddindən artıq sürətlə gedir. Ermənilərin otuz il ərzində dağıdıb viran qoyduğu ərazilərdə bu gün dünyanın ən müasir yaşayış massivlərindən biri olan Ağalı kəndi salınıb. Bu gün Şuşada, Ağdamda, və digər yerlərdə artıq, 2 ildir, nə qədər hava limanları və s. bərpa-quruculuq işləri gedir. Yəni, bunlar hamısı vaxt tələb edən məsələlərdir. Moskva bir günə salınmayıb ki... Kim fikirləşirsə ki, bunları belə tələsik, qısa müddətdə eləmək mümkündür absurddur. İnsan fikirləşməlidir ki, özünə bir ev tikmək üçün nə qədər vaxt lazım olur. Bəs, bu yüzminlərlə ailələrə ev tikilməli iş yerləri olmalı, yollar çəkilməli, infrastrukturun təsisatı baş verməlidir. Bunun hamısı vəsaitlə bərabər, vaxt da aparır. Bu işlərin zamana ehtiyacı var”.
Elman Məmmədov qarabağlıların şəxsi vəsaiti hesabına ev tikmək istəməsiylə bağlı suala da cavab verib:
"Prezident bunu neçə dəfə bəyan edib ki tək, xarici sahibkarlara yox, azərbaycanlı sahibkarlara da çağırışlar olub. Həmin ərazilərdə bərpa-quruculuq işləriylə məşğul olmaları üçün layihələr verilib, çağırışlar, tenderlər olub. Ancaq imkanlı adam öz vəsaiti ilə könüllü ev tikməsiylə bağlı müraciət edirsə, bunlar da xüsusi proqram əsasında həyata keçirilir. Bu, əlbəttə müsbət addımdır. Çünki, bir tərəfdən dövlətin xərclərinə köməkdir. Yəni, vətəndaşların həmin rayonlarda harda gəldi, ev tikmək istəməsi halı yoxdur. Hər şey baş planlar proqramlar əsasında, mərkəzləşmiş qaydada həyata keçirilir. Amma dövlət heç vaxt heç bir vətəndaşı özünə ev tikməyə məcbur etməyəcək. Kim istəsə, müvafiq qurumlara müraciət etsin, yəqin ki, onlara uyğun cavablar veriləcək. “İşğaldan azad olunmuş bölgələrdə yaşamaq istəyən istənilən Azərbaycan vətəndaşı ilk növbədə, həmin bölgənin sakini olmalıdır. Bundan sonra orada yaşaya bilər”.
İmamət İsmayılova
Telegram kanalımız