Qatığın üzərinə əlavə edilən bir qaşıq çia toxumu həm bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həm də yeməkdən sonra qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını almağa kömək edir.
“Yeni Sabah” xəbər verir ki, sağlam qidalanmada son vaxtlar daha çox istifadə olunan qatıq və çia toxumu qarışığı tərkibindəki lif, bitki mənşəli zülal və omeqa-3 yağ turşuları ilə seçilir. Maye ilə təmasda olduqda gelə bənzər quruluş alan çia toxumu mədədə həzmi ləngidir. Bu isə insanın daha uzun müddət tox qalmasına və karbohidratların orqanizmdə daha yavaş sorulmasına kömək edir.
Qəbizlik və şişkinliyə qarşı faydalıdır Sezar pizza
Qatığın tərkibindəki faydalı bakteriyalarla çia toxumunun liflə zəngin olması həzm sisteminin fəaliyyətini dəstəkləyə bilər. Gündəlik qidalanmada kifayət qədər lif qəbul etməyənlər üçün bu qarışıq əlavə seçim ola bilər. Lif bağırsaqların fəaliyyətini tənzimləməyə, qəbizliyin azalmasına kömək edir. r. Mütəxəssislər lifli qidaların qəbulunu birdən-birə artırmamağı tövsiyə edirlər. Əks halda qarında şişkinlik və narahatlıq yarana bilər. Buna görə də çia toxumunu əvvəlcə az miqdarda qəbul etmək və gün ərzində kifayət qədər su içmək vacibdir.
Qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır
Çia toxumu maye ilə təmasda olduqda əmələ gətirdiyi geləbənzər təbəqə sayəsində həzm prosesini ləngidə bilər. Bu xüsusiyyət yeməkdən sonra qan şəkərinin sürətlə yüksəlməsini müəyyən qədər məhdudlaşdırmağa kömək edir. Qatıq və çia toxumu qarışığı toxluq hissinin daha uzun olmasına da kömək edir. Bu baxımdan, çəkiyə nəzarət etmək istəyənlər üçün gündəlik qidalanmaya əlavə edilə biləcək seçimlərdən biridir.
Ancaq bu qarışıq şəkərli diabetin müalicəsi deyil. Şəkərli diabeti olan və ya müntəzəm dərman qəbul edən şəxslər qidalanmalarında ciddi dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız