Qazilərin videosu: Onları yayanları nə gözləyir?

saytların hazırlanması

Evə çatdırılma

Qazilərin videosu: Onları yayanları nə gözləyir?

Sosial

13 İyul 2022 14:01 1582


“Jurnalist materialı yaymaqla həm də hüquq mühafizə orqanlarına məlumat vermiş olur”.

Bunu “Yeni Sabah”a açıqlamasında media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyib. O, intihar edəcəyini deyən şəxslər barədə jurnalistin hüquq mühafizə orqanlarına məlumat verməli yoxsa həmin xəbəri çalışdığı media orqanında yaymalı olduğu haqda suala cavab verib:  

“Media öz funksiyasını həyata keçirir. Medianın funksiyası məlumatlandırmaq, işıqlandırmaq, maarifləndirməkdir. Jurnalistin müsahibinin dediklərini olduğu kimi efirə verməsiylə medianın etik məsuliyyəti bitir. Respondentin intihar edəcəyini deməsində heç bir cinayət əməli yoxdur. Buna görə də jurnalistin hüquq mühafizə orqanlarına məlumat verməsiylə bağlı öhdəliyi yaranmır. Jurnalist  materialı yaymaqla, həm də hüquq-mühafizə orqanlarına məlumat vermiş olur”. Toyuqlu pizza

Ələsgər Məmmədli əlavə edib ki, bununla bağlı qanunvericilikdə müddəalar var:

“Həm Cinayət Prosessual, həm də Mülki Prosessual Məcəllədə mediada yayılanların cinayəti araşdırmaq üçün əsas olduğuna dair müddəalar var. Media orqanının bloklanması və ya oxucu kütləsinin sayından asılı olmayaraq, KİV-də məlumat iki nəfərdən artıq insana çatıbsa, bu, artıq yayılma deməkdir. Yəni,  jurnalistin bunu olduğu kimi yaymasından sonra hüquq-mühafizə orqanları  şəxsi intihara sürükləyən səbəbləri araşdırmalıydı”.

Ekspert deyib ki, hüquq pozuntusu barədə kimdəsə məlumat varsa, vətəndaş olaraq bunu paylaşa bilər:

“İstənilən halda  hüquq pozuntusu barədə kimdəsə məlumat varsa, vətəndaş kimi bunu paylaşa bilər. Amma burada məqsəd özünü yandırmaq yox, problemin həllidirsə və burada hansısa cinayəti işləmək və ya hansısa cinayəti işləməyə sövq etmək də deyilsə, jurnalistin dolayısıyla bunu xəbər vermək öhdəliyi də yoxdur.

Dövlətin müvafiq qurumlarının vətəndaşın probleminə duyarsız qalması onun probleminə obyektiv və operativ yanaşmaması nəticə etibarilə vətəndaşı bezdirir. O da problemini “özümə qəsd edəcəm” deyə bir az tündləşdirərək çatdırır. Bu, bir mülahizədir. Jurnalistin və ya digər vətəndaşların müvafiq qurumlara xəbər verməsiylə bağlı hər hansı məsuliyyəti yaranmır.

Polisin isə bunu mülahizə kimi düşünməyə haqqı yoxdur. Çünki o, hüququ tətbiq  edən orqandır. Dövlət qurumları sistemli işlədiyinə görə vətəndaşlara lazımi xidmətlərin göstərib-göstərməməsinə dair nəzarət mexanizmi var. Polis haqqında qanunda önləyici tədbir haqqında maddə var Buna əsasən məsələlər həll olunmalıydı.

İntiharı təşviq edən sosial psixoloji səbəblər də ola bilər. Qazilərə gəlincə, müharibələrin travmalar yaratması reallıqdır. Onların nəticələrini birgə aradan qaldırmalıyıq. O, “problemim yoxdur” desə də, yenə onunla ilgilənməliyik. Dövlət qurumunun kiməsə sosial müavinət ayırmasıyla öhdəliyi bitmir. Ərazi bütünlüyünü qorumaq əbədi işdir. Dolayısıyla, bu əbədiyyəti təmin edəcək addımları biz mənəvi olaraq da daşıyırıq”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!