Qəbələ və Salyanda yeni layihə

saytların hazırlanması

Evə çatdırılma

Qəbələ və Salyanda yeni layihə

İqtisadiyyat

08 Sentyabr 2026 22:16 67


Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Macarıstanın paytaxtında keçirilən beynəlxalq tədbirdə iştirak edir.

“Yeni Sabah” xəbər verir ki, sentyabrın 11-dək davam edəcək “17-ci Beynəlxalq LANDNET İşçi Görüşü və Ailə Təsərrüfatları üzrə İkinci Regionlararası Dialoq” çərçivəsində torpaqların birləşdirilməsi (konsolidasiya) və torpaq bankçılığı mexanizmləri əsas müzakirə mövzusudur.

Forumda kənd ərazilərində əhalinin, xüsusən də qadın və gənclərin məşğulluq imkanlarının yaxşılaşdırılması, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının dəstəklənməsi və iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması yolları nəzərdən keçirilir. Marqarita pizza

Səfər çərçivəsində xarici ekspertlərlə “2026–2030-cu illər üçün Dövlət Proqramı”nda yer alan torpaqların konsolidasiyası mexanizminin yaradılması tapşırığının icrası müzakirə edilir. Bu xətt üzrə Dünya Bankı ilə tərəfdaşlıq çərçivəsində Qəbələ və Salyan rayonlarında iki xüsusi pilot layihənin reallaşdırılması planlaşdırılır.

Yeni idarəetmə modelinin tətbiqində əsas məqsəd kənd təsərrüfatı təyinatlı torpaqların xırda hissələrə bölünməsinin qarşısını almaq, təsərrüfatların sahəsini genişləndirmək və dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəsini daha səmərəli təşkil etməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!