"Son vaxtlar qəbirlər üzərinə ölən şəxslərin kimliyinin tanınması üçün gülməli şəkillər qoyulur. İslam şəriətində qəbirlərlə bağlı alimlərin yekdil fikri var. Qəbir daşı üzərinə hər hansı şəkil vurulması qadağandır”.
Bunu Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Ceyhun Şükürov deyib.
O, məzar başdaşıları və sinə daşlarına şəkillərin həkk edilməsinə rəy bildirib: Toyuqlu pizza
"Əvvəllər qəbirlər üzərində yazılar ümumiyyətlə olmayıb. Sonradan qəbirdəki şəxsin tanınması üçün qeydlər yazılmağa başlanılıb. Peyğəmbərin (s.) dövründə qəbir üzərinə yalnız mərhumun adı və atasının adı yazılırdı. İslam yayıldıqdan bir neçə il sonra qəbri ziyarət edənə xatırlatmaq üçün qəbr üzərində hər hansı motivasiyaedici dualar qeyd olunub".
Ceyhun Şükürov əlavə edib:
"Ümumiyyətlə, qəbirlərin hündür formada da olması qadağandır. Azərbaycanda heç kəs şəriət üzrə hərəkət etmir. Hamı “qonşu nə deyər" prinsipiylə hərəkət edir. İndi ölənin hansı işlə məşğul olduğunu bilmək çox asandır.
Qəbirin hər iki tərəfinə vurulan şəkillər arasında qadının rəqs etməsi və ya eyş-işrətlə keflə məşğul olduğunu bildirən şəkillərin vurulması buna sübutdur. Bu, artıq dəb halını alıb. Bunun üçün böyük pullar xərclənir, halbuki bu pullar ehtiyaclıların sosial rifahı üçün yönləndirilsəydi, daha məqsədəuyğun olardı.
İnsanlar İslamdan əvvəl bütlərə sitayiş edirdilər. Bütlər isə ölən saleh insanların şəkillərini çəkilməsiylə yayıldı. Sonra onların büstlərini quruldu. Bu büstlərə də ibadət edərək onları bütə çevirdilər. Bütpərəstliyin də yayılmaması üçün dində bu hallar qadağan edilib", - deyə ilahiyyatçı fikirlərini bitirib.
İmamət İSMAYILOVA
Telegram kanalımız