Qeyri-sabit iş rejiminin fəsadları

saytların hazırlanması

Evə çatdırılma

Qeyri-sabit iş rejiminin fəsadları

Maraqlı

03 Sentyabr 2026 01:47 32


Qeyri-sabit iş qrafikinin əməkdaşların həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcəyi müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, bu qənaətə ABŞ-də 61 mindən çox işçinin məlumatlarını araşdıran İllinoys Universitetinin Urbana-Şampeyn alimləri gəliblər. Tədqiqatda 18-64 yaş aralığında olan şəxslərin iş qrafiki və sağlamlıq vəziyyəti ilə bağlı məlumatlarından istifadə edilib.

2016-2018 və 2020-2024-cü illəri əhatə edən məlumatların təhlili göstərib ki, iş qrafikinin davamlı dəyişməsi sağlamlıq problemləri, emosional vəziyyətin pisləşməsi və yuxu pozuntuları ilə əlaqəlidir. Toyuqlu pizza

Araşdırmada kişilər və qadınların qeyri-sabit iş rejiminə fərqli reaksiya verdiyi də üzə çıxıb. Qadınlar dəyişən şəraitə daha çox uyğunlaşaraq işdən ayrılmağa və ya iş öhdəliklərini azaltmağa meylli olublar. Kişilər isə səhhətlərinə mənfi təsir göstərsə belə, əvvəlki iş yerlərində qalmağa daha çox üstünlük veriblər.

Məlum olub ki, kişilərdə iş qrafiki nə qədər qeyri-proqnozlaşdırılan olursa, sağlamlıqla bağlı problemlərin yaranma riski də bir o qədər artır. Ən ağır hallarda sağlamlığın pisləşməsi ehtimalı 38 faizə çatıb.

Alimlərin fikrincə, qəfil istirahət günləri ilə uzunmüddətli iş saatları arasında davamlı dəyişikliklər orqanizmin belə rejimə uyğunlaşmasını çətinləşdirir.

Tədqiqatçılar hesab edirlər ki, işəgötürənlər əmək qrafiklərini hazırlayarkən qeyri-sabit iş rejiminin əməkdaşların sağlamlığına təsirini də nəzərə almalıdırlar./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!