Qəzzada dəhşətli mənzərə - 61 milyon ton dağıntının altında minlərlə cəsəd var

saytların hazırlanması

Evə çatdırılma

Qəzzada dəhşətli mənzərə - 61 milyon ton dağıntının altında minlərlə cəsəd var

Dünya

28 Sentyabr 2026 14:20 66


Qəzzada müharibənin geridə qoyduğu dağıntıların miqyası getdikcə daha aydın görünür. BMT-nin hesablamalarına görə, ərazidə təxminən 61 milyon ton dağıntı var. Onların altında isə minlərlə insanın cəsədinin qaldığı bildirilir.

“Yeni Sabah” xəbər verir ki, “The Guardian”ın məlumatına görə, Qəzzadakı dağıntıların böyük hissəsinin təmizlənməsi ən azı 7-10 il çəkə bilər. BMT İnkişaf Proqramının Fələstin üzrə xüsusi nümayəndəsi Jako Silliers dağıntıların ümumi həcminin 61 milyon ton olduğunu bildirib. Onun sözlərinə görə, bu rəqəm son 18 ildə dünyadakı müharibələr nəticəsində yaranan dağıntıların ümumi həcmindən təxminən 20 dəfə çoxdur.

Hazırda təmizləmə işləri son dərəcə çətin və təhlükəli şəraitdə aparılır. Dağıntıların arasında partlamamış sursatlar, təhlükəli maddələr və insan qalıqları var. İndiyədək təxminən 580 kilometr yol təmizlənib. İki ildən artıq müddətdə isə 907 min tona yaxın dağıntı ərazidən çıxarılıb. Bunun 300 min tondan çoxu təkrar emal edilərək yenidən istifadə olunub. Lakin bu, ümumi dağıntının cəmi 1,5 faizidir. Sezar pizza

Rəsmi məlumata görə, hazırda Qəzzada 8-10 min arasında insanın cəsədi dağıntıların altında qala bilər. Təşkilat insan qalıqlarının ola biləcəyi əraziləri müəyyənləşdirmək və təmizləmə zamanı həmin yerlərə üstünlük vermək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edir. Dağıntıların təmizlənməsi zamanı ailələrin həssaslığı da nəzərə alınır. Çünki dağıntılar yalnız yıxılmış binalar deyil, bir çox ailə üçün onların evləri, şəxsi əşyaları və xatirələri deməkdir.

Qəzzada tikinti materiallarının çatışmazlığı səbəbindən dağıntıların bir hissəsi təkrar emal edilir. Beton parçalanaraq yol təmiri, çuxurların doldurulması və çadırların altının möhkəmləndirilməsi üçün istifadə olunur. Lakin ərazidə texnika və ehtiyat hissələrinin çatışmazlığı işləri çətinləşdirir. Mövcud maşınların bir çoxu köhnəlib və tez-tez sıradan çıxır. Dağıntıların arasında partlamamış sursatların olması da təhlükəni artırır. Mütəxəssislər bəzi təhlükəli əraziləri müəyyən edib nişanlaya bilsələr də, bütün partlayıcıları zərərsizləşdirmək imkanları məhduddur.

Bundan başqa, dağıntılarda asbest kimi sağlamlıq üçün təhlükəli maddələr də ola bilər. Qismən salamat qalan binaların qəfil uçması isə geri qayıdan sakinlər üçün əlavə risk yaradır. BMT hesab edir ki, Qəzzanın yenidən qurulması uzun illər və milyardlarla dollar tələb edə bilər.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!