Psixoloq Vüsalə Rüstəmin Yenisabah.az-a müsahibəsi:
- Vüsalə xanım, məktəblərdə qadın müəllimlərin çoxluğunun hansı mənfi tərəfləri var? Bu faktın mövcudluğu narahatlıq üçün əsas sayıla bilərmi?
- Bildiyimiz kimi, şagirdlər hər iki cinsə mənsubdurlar. Yəni qızlar və oğlanlar tədris müəssisələrində təhsil alır. Təlim - tərbiyə zamanı kişi müəllimlərin prosesdə iştirak etməməsi tək oğlanlarda deyil, qızlarda da natamam psixoloji vəziyyət yaradır. İndiki mühitdə çox uşağın valideyni boşanır və uşaqlar ana ilə yaşayır. Evdə ata yoxdur, məktəbdə isə kişi müəllim. Marqarita pizza
Həmin qız uşaqları tamamilə kişi cinsini və xarakterini yadırğayır, əks cinslə bağlı gələcək həyatlarında da böyük sıxıntılarla qarşılaşır. Oğlan uşaqları isə kişi xarakterini kişi müəllimdə heç olmasa görə bilir. Zəhmi və iradə möhkəmliyini özündə formalaşdırır. Evdə atası olan uşaqlar bunu kompensasiya edə bilir. Siz atası olmayanları düşünün... Bu, çox ağır sosial-psixoloji vəziyyəti bizə vəd edir və hazırda da onun ağırlıqlarını hiss edirik.
- Doğrudanmı, bu hal oğlan uşaqlarının qız kimi yetişməsi ilə nəticələnə bilər?
- Oğlan uşaqlarının bu cür yetişməsi tək bu səbəblə bağlı deyil. Sosial şəbəkələr, genetik amillər, doğru seçilməyən dost çevrəsi, valideynlərin nəzarətinin uşaq üzərində olmaması, təcavüz və basqı altında olan oğlan uşaqları bu cür böyüyə bilər.
- Keçmiş nazir Misir Mərdanov deyib ki, evdə də uşağı ana tərbiyə edir. Yəni məktəblərdə qadın müəllimlərin çoxluğundan narahat olmaq lazım deyil. Bununla razısınızmı?
- Qismən razıyam. Amma kişi faktoru mütləq olmalıdır. Ola bilər kişi müəllimi yoxdur onu əvəzləyəcək baba, əmi, dayı mütləq evdə olmalıdır. Bütün qəhrəmanlarımızı ana tərbiyə edib vətən sevgisi, torpaq sevgisini oğullarımıza öyrədib, amma vətən üçün ölməyi cəngavər zabitlərimiz hərbi məktəblərdə, əsgərlikdə öyrənib. Yəqin buradan da niyə kişi müəllimi mütləq olmalıdır sualının cavabını almış olduq. Qadın zərifdir, kişi güc və iradə deməkdir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız