Avstraliyada qızıl axtarışı aparan geoloqlar gözlənilməz kəşfə imza atıblar.
“Yeni Sabah” xəbər verir ki, ölkənin Şərqi Qızıl Mədənləri bölgəsində aparılan araşdırmalar zamanı yerin altında milyardlarla il əvvəl yaranmış qədim meteor krateri aşkarlanıb.
Tədqiqatçılar “Ora Banda” adlandırılan bu strukturun dünyada yalnız iki nümunəsi məlum olan qədim meteor kraterlərindən biri olduğunu bildiriblər. Toyuqlu pizza
Milyardlarla il əvvəl yaranıb
Puerto-Riko Universitetindən geoloq Raiza Quinteronun rəhbərlik etdiyi mütəxəssislər nəhəng strukturun milyardlarla il əvvəl dəmirlə zəngin meteorun Yerə çırpılması nəticəsində yarandığını müəyyən ediblər.
Krater dünyanın ən qədim süxurları hesab edilən Arxey yaşlı yaşıl daşların içərisində yerləşir. Mütəxəssislər uzun illər ərzində eroziya və digər geoloji proseslərə baxmayaraq, strukturun izlərini qoruyub saxladığını bildiriblər.
Kəşfi təsdiqləyən 4 əsas sübut
Tədqiqat zamanı meteor zərbəsini təsdiqləyən bir neçə mühüm dəlil əldə edilib.
Qazma işləri zamanı yalnız güclü meteor zərbələri nəticəsində yarana bilən xüsusi qırılma strukturları aşkarlanıb.
Yüksək təzyiq nəticəsində parçalanaraq yenidən birləşmiş süxurların arasında zərbənin yaratdığı yüksək temperatur nəticəsində ərimiş kiçik şüşə hissəcikləri tapılıb.
Şüşə nümunələrində Yer qabığında çox az rast gəlinən nikel, kobalt, iridium, platin və palladium kimi elementlərin yüksək miqdarı müəyyən edilib.
Meteorun toqquşması zamanı bölgədəki qızıl yataqlarının buxarlanaraq atmosferə yayıldığı, daha sonra isə təxminən 4 kilometr genişliyində olan kraterə çökərək süxurlarla birləşdiyi müəyyənləşdirilib.
Alimlər bildirirlər ki, Yerdəki tektonik hərəkətlər bu cür qədim izləri zamanla silə bilir. Buna baxmayaraq, “Ora Banda” krateri planetimizin erkən dövrlərini və meteoritlərin Yerə mümkün təsirlərini araşdırmaq üçün mühüm elmi mənbə hesab olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız