Qlobal investorlar Bakıda toplandı

saytların hazırlanması

Evə çatdırılma

Qlobal investorlar Bakıda toplandı

İqtisadiyyat

25 Sentyabr 2026 16:07 96


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya təşkil edilib.

“Yeni Sabah” xəbər verir ki, sessiyada çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal iqtisadi dəyişikliklər, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdəki rolu və investisiya imkanlarının genişləndirilməsi məsələlərinə toxunub. Vurğulanıb ki, ölkədəki sabitlik, makroiqtisadi dayanıqlılıq və strateji layihələr məhsuldar investisiyalar üçün möhkəm zəmin yaradır. Azərbaycanın enerji və nəqliyyat-logistika imkanlarının regionlararası əməkdaşlıqdakı rolu xüsusi qeyd olunub.

Sessiya çərçivəsində aşağıdakı təqdimat və müzakirələr keçirilib: Marqarita pizza

“Qlobal iqtisadi perspektivlər” müzakirəsi: “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David qlobal iqtisadiyyatın inkişaf meyllərini nəzərdən keçiriblər.

Təqdimat: “The European House – Ambrosetti & TEHA Group”un baş icraçı direktoru Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımının mərkəzi qovşağı” mövzusunda çıxış edib.

Panel müzakirəsi: “Euronews”un idarəedici redaktoru Ceyn Uizespunun moderatorluğu ilə “Qlobal artımın, investisiyaların və bağlantılılığın gələcəyinin formalaşdırılması” mövzusunda təşkil olunub.

Panel müzakirəsində nazir Mikayıl Cabbarov Azərbaycanın sülh gündəliyi, nəqliyyat-logistika və rəqəmsal iqtisadiyyat vasitəsilə regional inteqrasiyanı həyata keçirdiyini bildirib. Bakı–Tbilisi–Qars dəmir yolunun buraxılış qabiliyyətinin artırıldığı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirildiyi və tranzit həcmlərinin rekord həddə çatdığı diqqətə çatdırılıb. Həmçinin Ələt Azad İqtisadi Zonası və investisiyaların təşviqi mexanizmləri haqqında məlumat verilib.

Tədbirdə Özbəkistan, Pakistan, Şimali Makedoniya, Suriya və Tacikistanın müvafiq nazirləri iştirak edərək qlobal geosiyasi proseslərin iqtisadiyyata təsiri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. İqtisadçı Nouriel Roubini isə müzakirələrə ekspert rəyi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!