Qadınlarımızla amansız davranan ərəb turist problemi: “Şərəfimizi çöldən tapmamışıq“

saytların hazırlanması

Evə çatdırılma

Qadınlarımızla amansız davranan ərəb turist problemi: “Şərəfimizi çöldən tapmamışıq“

Sosial

02 Fevral 2022 09:57 12479


“Şərəfimizi çöldən tapmamışıq!”

Bunu Yenisabah.az-a açıqlamasında turizm üzrə ekspert Cabir Dövlətzadə deyib.

O, Milli Məclisinin deputatı Tahir Kərimli Bakıya gələn ərəb turistlər haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Dominos pizza

Xatırladaq ki, Tahir Kərimli qeyd edib: “Ərəblər özlərini çox ləyaqətsiz aparır. Turizmin inkişafına görə, pul, qazanc naminə Azərbaycanın mənəviyyatının bu qədər korlanmasına imkan verilməməlidir. Ərəblər özlərini əxlaqlı aparmır, müxtəlif hostellərdə ləyaqətsizlik edirlər. Xanımlarımıza, xalqımıza, eləcə də fauna və floramıza qarşı amansız davranırlar”.

Cabir Dövlətzadə məsələyə bir qədər fərqli yanaşıb:

“Ümumiyyətlə, Ərəb dünyasına açılan reyslər Azərbaycan turizmində partlayışa səbəb olmuşdu. Bu da özüün həm paytaxtda, həm də regionlarda özünü göstərdi.

Azərbaycana turist axını ölkəyə valyuta axınını təmin edir və turizm şirkətləri və otelçiliyi inkişaf etdirir. Eləcə də yan sektorlar, yəni restoranlar, mağazalar, “Mall”lar üçün, disko klub və barlar müştəri qazanır. 

Ölkəyə gələn turistlərin əylənmə üsulu onların sərbəst seçimidir. Amma “Azərbaycan qadınlarını yoldan çıxarırlar” deyimi doğru deyil. Əgər barda ərəb, yaxud qeyri-ərəb turist kiminləsə tanış olub harasa gedirsə, bu onların öz işidir. Şəxsiyyət vəsiqəsini göstərməklə isə istənilən otelə girmək mümkündür”.

C. Dövlətzadə əlavə edib: “Biz şərəfimizi çöldən tapmamışıq! Yəni bunu bütün Azərbaycan xalqına şamil etmək doğru olmaz. Müəyyən bir kəsim var ki, həmin kəsimlə istər-istəməz xarici turist ünsiyyətdə ola və əylənə bilər. Bu, onların təbii haqqıdır. Bəli, fərqli milli mentalitetimiz var. Namus və şərəfi qoruyub saxlamaq, çox ağrılı məsələdir”.

Mütəxəssis qeyd edib ki, Azərbaycana ərəb turistlərin çoxlu ailəli gəlir: “Bir turist özündən sonra 10 turisti gətirir. Bir turist ölkəyə girişi ilə ən azı 700 dollar pul qoyur. Yəni kiminsə milli mənsubiyyətinə görə gəlişini qadağan etmək iqtisadiyyatı iflic etmək deməkdir. 

Hər kəsin öz işi var və o öz işini görməlidir. Amma bəzən siyasətçilər açıqlama verərkən bu və ya digər kiçik hadisəni böyüdür və populizmə yuvarlanırlar. Bu doğru yanaşma deyil”, - deyə həmsöhəbtimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Əgər şərhləri vermirsinizsə, nə nümayiş etdirirsiniz oxucularla əks-əlaqə funksiyasını?
    4 years ago
  • Akif m
    Deputat tam haqlıdır. Münasibət bildirən ekspert isə, görünür, çox gəncdir. İndi turizm sektoru pulqazanacaq deyə, millət kor olmalıdır, lal olmalıdır? Belə münasibətlə həm özünün dediyi qismə, həm də bir ayağını qaldırıb tərəddüddə olan qismə güvənc gətirir ki, mümkündür hər şey, zor olmasın, kriminal nəsə olmasın. Olmaz belə. Kərbəlayı Abbasqulu bəylə görüşəndə dediyi kimi: “Sonra da gəlib deyəcəklər papağını da, ver namusunu da”. Turizm Agentliyinin bununla bağlı fəaliyyət proqramı olmalı. Ölkəmizə gələn turistlərə deyilməlidir ki, bura Kambodja, Hollandiya, Tailand, Braqziliya deyil. Füsunkar təbiətimizə, Göy gölümüzə, İsa bulağımıza buyurun... Amma gözlərinizin qurdunu öz xarabanızda öldürün. Siseronun bununla bağlı çox dəqiq bir deyimi var: “Millətlər pulsuzluqdan deyil, əxlaqsızlıqdan süqut edərlər.”
    4 years ago