Qubada “UAZ” aşdı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Qubada “UAZ” aşdı, xəsarət alanlar var

Hadisə

03 Avqust 2026 13:05 78


Quba–Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qəza olub.

"Yeni Sabah" xəbər verir ki, "UAZ" markalı avtomobilin sürücüsü idarəetməni itirib və çmaşın yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. pizza sifarişi

TƏBİB-in məlumatına görə, onlara bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sağtərəfli qabırğaların sınığı və başın sağ payının yumşaq toxumalarının hematoması diaqnozları təyin edilib.

Xəsarət alanlardan 1968-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Digər 3 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!