""Qurban kəsmirik"lə "qurban kəsməyin əleyhinəyik" fərqli anlayışlardır".
Bunu Yenisabah.az-a açıqlamasında deputat Jalə Əliyeva deyib.
O, sosial şəbəkələrdə Qurban bayramı ilə bağlı fikirlərinin səhv qavranılması rəyindədir: pizza mizza
""Qurban kəsmirik" fərdə, ailəyə aid qavramdır. Bunu ictimaiyyətə yönəlik mesaj kimi qəbul etmək olmaz. Mediada səsləndirdiyim fikirlərdə də "qurban kəsməyin əleyhinəyəm" ifadəsini işlətməmişəm".
J. Əliyeva bildirib ki, təhrif olunmuş şəkildə yayılan fikirlərinin əsli mediada var:
"Əvvəla, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz bütün zamanlarda həyatımın ən əhəmiyyətli amili olub. Məlum xəbərə gəlincə, sonradan müəyyən təhriflərlə yayılan və müzakirəyə səbəb olan məlumatın əsli, ilkin qaynaqla mediada var.
Fikirlərimizin tam olaraq nədən ibarət olduğu ilə maraqlananlar buyurub oradan tanış ola bilərlər. Qaldı şəklin tarixinə. Bu şəkil 12 il deyil, tam 29 il öncə, gənclik dönəmimdə çəkilib. 12 il əvvəl, 2010-cu ildə Modern.az saytında dərc edilib.
Böyük canfəşanlıqla internetdə axtarış verən "qəhrəmanlar" sadəcə xəbərin tarixini şəklin çəkilmə tarixi kimi "anlayıblar". Bu məntiqlə mənim körpəliyimin də əks olunduğu həmin məqalədəki şəkillərin üzərinə 12 il gəlsək, o zaman indi 12 yaşım var.
Bir məqamı da unutmayaq, insan hər yaş dönəmində həyatı və dünyanı fərqli yönlərdən qavrayır və dərk edir. Allah hidayətini üzərimizdən əskik etməsin! Amin!".
İmamət İSMAYILOVA
Telegram kanalımız