Quru sərhədləri ilə bağlı vacib AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Quru sərhədləri ilə bağlı vacib AÇIQLAMA

İqtisadiyyat

13 Avqust 2025 10:47 46264


"Quru sərhədlərin bağlı olması ölkəmizi çoxlu təhlükələrdən qoruyur"

Bunu Modern.az-a açıqlamasında Milli Məclisinin deputatı Azər Badamov bildirib.

O, qeyd edib ki, bu, təkcə Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ deyil: pizza sifarişi

"Regionumuzun digər qonşu ölkələrində hələ də sabitlik yoxdur. Bu baxımdan bütün riskləri hesablayıb sonra quru sərhədləri aça bilərik. Ancaq xalqımız gördü ki, quru sərhədlərimizin bağlı olduğu dövürdə qonşuluğumuzda nələr baş verdi. Dövlətmiz üçün əsas məsələ vətəndaşlarımızın rifahının və təhlükəsizliyinin təmin edilməsidir.  Xarici təhlükələrin əksəriyyəti də əsasən quru sərhədlərdən daxil olur".

Deputat vurğulayıb ki, quru sərhədlərin açılmasına tələsməməliyik:

"Düzdür, quru sərhədlərin bağlı qalması vətəndaşlarımıza xaricə gedib-gəlməkdə böyük çətinliklər yaradır. Amma bu məsələyə hamının səbrlə yanaşmalı olduğunu hesab edirəm. Quru sərhədlərin açılmasından daha vacibi təyyarə biletlərinin qiymətlərinin qonşu ölkələrin qiymətlərinə uyğunlaşdırmasıdır. Eyni regionda yaşadığımızdan təyyarə biletlərinin qiymətlərində böyük fərq olmamalıdır. Düzdür, bu, xidmət səviyyəsindən asılıdır. Amma qiymətləri uyğunlaşdırmaq mümkündür. Yəni təyyarə biletlərinin qiymətlərinin baha olması insanlara çətinlik yaradır. Bu baxımdan biletlər aşağı qiymətlə əldə olunarsa, bu həm vətəndaşlarımız üçün, həm xarici turistlər üçün əlçatan olar".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cahandar
    Ne vaxta kimi bele gedecey burdaki xestexanalar qan uddurur camaata İrani acin millet mualicesin eletdirsin yoxsa qirlib batir mehv olub camaat duzgun diyaqnoz qoymullar qoyandaki bir evin pulun istiyir odaki ozel klinikalar
    9 months ago
  • Cahandar
    Ne vaxta kimi bele gedecey burdaki xestexanalar qan uddurur camaata İrani acin millet mualicesin eletdirsin yoxsa qirlib batir mehv olub camaat duzgun diyaqnoz qoymullar qoyandaki bir evin pulun istiyir odaki ozel klinikalar
    9 months ago
  • Arif
    Ölkəmizi Şimali Koreyaya çevirməyin,vətəndaşların azadlığını və təhlükəsizliyini təmin etmək sizin vəzifə borcunuzdur.Sərhədləri dərhal açın!!! Bu Xalqın tələbidir.
    9 months ago
  • Sarxan
    Portal açılsın ən gözəl variant, portal qeydiyyatı ilə o cür corona təhlükəsini atlatdıq quru sərhəd nədir ki, bizim üçün o böyük təhlükənin qarşısında
    9 months ago
  • LAMIA GULMAMMADOVA
    Can nənə bir nağıl de.....!!!! Bizdə yuxuya getmişik və yuxuda güllü yazın gəlməsini gözləyirik!!!! Dünyada iki ölkənin quru sərhəddi bağlıdır. Şimali Koreya və Şimalı Azərbaycan!!!!!!
    9 months ago
  • Elçin
    Quru sərhədlərlə bağlı çox mühüm yenilik etmək olar. Bir portal açaraq əvvəlcədən qeydiyyatdan keçmiş şəxsləri sərhəddən buraxmaq olar????????????????????????????????
    9 months ago
  • İsmayıl
    Gürcüstanla yolun bağlı olması sizin ölkəni qorumur sadəcə millətin gözündə acınaqlı halda olursunuz iyunun 31 inə kimi ölkədən çıxmalıdı dediyiniz insanların 90%-i sizin ölkənizin insanlarıdı rəsmən gürcü olan birisi heçvaxt bu ölkədə yaşamağ isdəməz siz özünüzü düşünürsünüz milləti düşünsəniz yolu bu dəqə açardınız
    9 months ago
  • Rocker
    dünyada birdənə Azərbaycan dövləti sərhədlər bağlıdır,Hiness rekord kitabına düşə bilərik
    9 months ago
  • Bəhruz
    Quru sərhədləri də elə buna görə baqlanib.ki, təyyarə biletlərinin qiyməti qalxsın.
    9 months ago
  • Ceyhun
    Deputatin, imkanlinin nə vecinə, onlar onsuzda yollar açig olandada təyyarə ilə gedirdilər. Vay kasibin, imkansizin halina
    9 months ago
  • Şükür Məmmədov
    Əgər hansısa ölkə təxribat törətmək məqsədilə iş görmək istəyirsə, o təyyarə ilə də agentin göndərmək iqtidarındadır.
    9 months ago
  • Şəmsəddin
    Gürcüstanla sərnişin dəmir yolu acılmalıdır. Onda təyyarə ilə biletlərin qiymətində istər-istəməz ucuzlaşma oıacaqdır.
    9 months ago
  • Elnur
    Baho evveler aciq idi niye hecne yox idi neyse esi
    9 months ago
  • Elnur
    Baho evveler aciq idi niye hecne yox idi neyse esi
    9 months ago
  • Vüqar
    Nəyinə lazım Milli Məclisdə oturan deputatların əhalinin vəziyyəti.Ayda maaşınızı alıb qoyursunuz cibinizə,bizneslərdə bir yandan.Regionlardada nə iş var,nə dolanışıq.Əhali təsadüf ümüdünə,pensiya ümüdünə qalıb.Qul bazarında dayananların sayı günü gündən artır.Neft ölkəsində 80 faiz xalq yaman gündə yaşamaqdadır.
    9 months ago
  • RAHİM
    Ən böyük təhlükə illərlə MM- dəki kresloda oturub MÜFTƏ MƏVACİB ALMAQDIR.
    9 months ago