Qusar rayonunda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə Urva kəndində baş verib.
Gəray Tariquliyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən vurub. Marqarita pizza
Ev sahibi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız