Ramil Usubovun da qaz borcu üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Ramil Usubovun da qaz borcu üzə çıxdı

Sosial

07 Sentyabr 2021 07:46 32438


Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və Baş nazirin birinci müavini Yaqub Eyyubovun “Azəriqaz” İstehsalat Birliyinə (İB) külli miqdarda borclu olduqları haqda məlumat vermişdik.

Qeyd etmişdik ki, R.Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəmədiyi üçün 16 min manat həcmində cərimələnib. Y.Eyyubov isə “Azərqaz”a olan 10766 manat borcunu ödəməkdən imtina edir. Üstəlik, onun “Azəriqaz” əməkdaşlarını “bir də gəlib qazpulu tələb etsəniz, ayağınızı sındıraram”, - deyə hədələdiyini də oxucuların diqqətinə çatdırmışdıq.

“Yeni Sabah” xəbər verir ki, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə İB-nin əməkdaşları Ramil Usubovun Novxanıdakı villasına baş çəkiblər.  Pepperoni pizza

Bu zaman məlum olub ki, sabiq nazirin “Azəriqaz”a 4 min manat borcu var. 

Lakin R.Mehdiyev və Y.Eyyubovdan fərqli olaraq ona cərimə yazılmayıb. Çünki həmin vəsait illərlə yığılıb qalan borc olmayıb. Yəni villada qısa müddət ərzində istifadə olunan mavi yanacağa görə yaranan borc olub.

Məlumata görə, villanın mühafizəçiləri bildiriblər ki, Ramil müəllimin başı qarışıq olduğundan həmin borcu vaxtında ödəyə bilməyib. Odur ki, qısa müddət ərzində borcun bağlanacağına söz veriblər. Məhz bu səbəbdən də “Azərqaz” əməkdaşları R.Usubovu cərimələməkdən vaz keçiblər. /Hurriyyet.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!