Ramiz Mehdiyev cinayət işindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev cinayət işindən danışdı

Siyasət

21 Oktyabr 2024 16:06 1338


AMEA-nın sabiq prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanması barədə danışıb. O, bununla bağlı "Unikal"a açıqlama verib:

"Mənim heç nədən xəbərim yoxdur. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb.

Məlumatsız olduğum üçün hazırda bu məsələlərlə bağlı çox danışa bilmərəm", - deyə o qeyd edib. Sezar pizza

Xatırladaq ki, qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, hesablama Palatasından daxil olmuş material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən dövrün əsas hissəsində isə AMEA-ya Ramiz Mehdiyev (2019-2022-ci illərdə) rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!