Əsgəranda Silah Muzeyi yaradılır -   NAZİR AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Əsgəranda Silah Muzeyi yaradılır - NAZİR AÇIQLADI

Mədəniyyət

15 May 2026 15:52 170


“Xüsusilə vurğulamaq istədiyim layihələrdən biri Ağdamda İmarət Tarix-Memarlıq Muzey Kompleksinin bərpasıdır. Bu kompleks artıq fəaliyyət göstərir. Bu gün Qarabağda ziyarət olunan, mədəni irsimizin təqdim olunduğu yerlərdən biridir. Eyni zamanda, Əsgəran qala-kompleksinin bərpası istiqamətində işlər həyata keçirilir. Həm qalanın özü və eyni zamanda, komplekslə bağlı əsas layihələr, - bunun içərisində Əsgəran Silah Muzeyinin təşkil olunması da var - həyata keçirilir”.

"Yeni Sabah" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib ki, bu, Azərbaycanın dövlətçilik tarixini və xüsusilə də onun döyüş sənətinin, döyüş ruhunun və bu tarixi dövrlər ərzində əldə etdiyi silahlarla bağlı məlumatların elmi əsaslarla insanlara çatdırılmasını təmin edən ilk muzey olacaq. “Silah muzeyinin orada olmasının rəmzi mənası var. Belə ki, Əsgəran qalası Qarabağ xanlığının əsas mühafizə dayağı, onun əsas qalxanı olub. Azərbaycan memarlığının parlaq nümunələrindən hesab olunan qala Əsgəranın müdafiə sistemi kimi Qarabağ xanlığının formalaşması dövründə Şuşa qalasına hücumlara qarşı qoruyucu sipər olaraq inşa edilib”, - deyə A.Kərimli qeyd edib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!