Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.
Bu barədə "Yeni Sabah"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə 19 may 2026-cı il tarixindən etibarən bq.edu.az portalı vasitəsilə həyata keçirilən yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılacaq. Bununla yanaşı, fasilə müddətində sistemdə olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək. pizza mizza
Qeyd edək ki, bq.edu.az vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
Aytac Əliyeva
Telegram kanalımız