Qazaxıstan-Azərbaycan fiberoptik kabel layihəsi Türk dövlətləri arasında strateji rəqəmsal körpü rolunu oynayacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Azərbaycan tərəfindən həyata keçirilən rəqəmsal aqroplatforma layihələri də regionda innovasiya və texnologiyanın inkişafına mühüm töhfə verir. Enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Xəzər regionunda həyata keçirilən layihələr Türk dövlətləri arasında enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizi vasitəsilə fiberoptik kabel layihəsi Türk dünyasının rəqəmsal bağlantısının gücləndirilməsi baxımından mühüm addımdır. Bu layihə Türk dövlətləri arasında strateji rəqəmsal körpü rolunu oynayacaq”, - deyə Kubanıçbek Ömüraliyev qeyd edib. Toyuqlu pizza
Telegram kanalımız