Prezident Ramiz Mehdiyevi daha bir vəzifəsindən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Ramiz Mehdiyevi daha bir vəzifəsindən azad etdi

Siyasət

29 Noyabr 2025 10:22 1643


Azərbaycan Prezidenti yanında Heraldika Şurasının tərkibində dəyişiklik edilib.

“Yeni Sabah” Modern.aza istinadən xəbər verir ki, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Bir neçə gün öncə bununla bağlı müvafiq dövlət sərəncamı imzalanıb.  Toyuqlu pizza

Qeyd edək ki, Prezidenti yanında Heraldika Şurasının 2006-cı ildə yaradılıb.

Hazırda adı çəkilən Şurada sədr müavini akademik Akif Əlizadədir.

Şuranın üzvləri aşağıdakı şəxslərdir:

Fərəh Əliyeva 

Elçin Bağırov 

Şahin Əliyev 

Əbülfəs Qarayev 

İsa Həbibbəyli 

Ömər Eldarov 

Gülçöhrə Məmmədova 

Fərhad Xəlilov 

Elbay Qasımzadə 

Çingiz Abdullayev 

Yaqub Mahmudov 

Nailə Vəlixanlı 

Heraldika Şurası müstəqil Azərbaycan dövlətinin rəmzlərinin mahiyyətini əks etdirən əsas heraldika atributlarının müəyyənləşdirilməsi, Azərbaycanın indiki orden, medal və döş nişanlarının heraldika nəzəriyyəsi baxımından təhlili və onların yeni tərtibatına aid təkliflərin hazırlanması, Azərbaycan dövlətinin bonistika (kağız pul) ilə bağlı əsas heraldika prinsiplərinin, medalyer sənətinə (medal, jeton, plaket və s.) dair konsepsiyanın və faleristika (orden, döş nişanı və s.) ilə bağlı başlıca heraldika prinsiplərinin, habelə Azərbaycanda qiymətli kağızların, digər xüsusi əhəmiyyət kəsb edən mühüm sənədlərin hazırlanması və çapı ilə əlaqədar ornamentlərdə əsas heraldika prinsiplərinin müəyyən olunması kimi məsələlərlə məğluldur.

Xatırladaq ki, bu, Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyevin noyabr ayında uzaqlaşdırlıdığı üçüncü vəzifədir. Bu günlərdə o, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü vəzifəsindən və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini postundan da azad olunub.

Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2006-cı il fevral ayının 7-də imzaladığı sərəncamla Azərbaycan Prezidenti yanında Heraldika Şurasının sədri təyin edilmişdi. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!