Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu

Siyasət

07 Noyabr 2025 13:50 4179


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin işdən çıxarılacağı iddia olunsa da, bu xəbərlər təsdiqini tapmadı.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, anasının və həyat yoldaşının işdən çıxarılmasına baxmayaraq, oğul Mehdiyev vəzifəsinin icrasını davam etdirir.

General-mayor Teymur Mehdiyev hər gün işdə olsa da, ona bəzi məhdudiyyətlər tətbiq olunub. Mehdiyevin nazirliyin struktur bölmələrində keçirilən iclaslarda iştirakının məhdudlaşdırıldığı, eyni zamanda vətəndaş qəbulunun da ləğv edildiyi bildirilir.   pizza

Qeyd edək ki, Teymur Mehdiyev 5 may 2014-cü ildən fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!