Rayonlardan sel keçib, dağlara qar yağıb   - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Rayonlardan sel keçib, dağlara qar yağıb - Faktiki hava

Sosial

04 İyul 2022 15:38 850


Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a bildirilib ki, iyulun 4-ü saat 14:00-a olan məlumata əsasən hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Gecə saatlarında başlayan yağış nəticəsində 4 iyul saat 04:00-05:00 radələrində Zaqatala rayonu ərazisindən axan Qaraçaydan (Böyükçay), Talaçaydan, Qımırdan, Qımırbazar kəndindən sel keçmiş və hal-hazırda davam edir. pizza hut

Düşən yağışın miqdarı: Balakəndə 83.0 mm (aylıq normanın 108 %-i), Zaqatalada 80.0 mm (aylıq normanın 104 %-i), Sarıbaşda (Qax) 22.0 mm, Kişçayda (Şəki) 16.0 mm, Astarada 14.0 mm, Qəbələdə 10.0 mm, İsmayıllıda 9.0 mm, Xınalıqda 8.0 mm, Altıağac, Xaltanda 7.0 mm, Qrızda 5.0 mm, Bərdədə 4.0 mm, Şahdağ, Qobustanda 3.0 mm, Ləzə (Qusar), Oğuzda 2.0 mm, Ağdamda 1 mm olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.

Külək: Qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15-17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu: İyulun 03-də Bakıda iqlim normasından 1.0° aşağı olub, Bakıda və Abşeron yarımadasında 25-27° isti, Naxçıvan MR-da 27-33° isti, dağlıq rayonlarda 17-21° isti, aran rayonlarında 26-33° isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!