“Real Madrid”dən inamlı qələbə

saytların hazırlanması

Evə çatdırılma

“Real Madrid”dən inamlı qələbə

İdman

19 Oktyabr 2026 08:47 87


"Real Madrid" öz meydanında "Sevilya"nı qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, paytaxt təmsilçisi üstün oyun nümayiş etdirərək rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Oyunda hesab 30-cu dəqiqədə açılıb. Yan Diomandenin məhsuldar ötürməsini Arda Gülər dəqiq zərbə ilə tamamlayıb.. 37-ci dəqiqədə Jude Bellingemin ötürməsindən sonra Kilian Mbappe fərqi iki topa çatdırıb. pizza hut

İkinci hissədə də təzyiqi azaltmayan ev sahibləri 63-cü dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Mbappenin sayəsində hesabı 3:0 edib. Qonaqlar 80-ci dəqiqədə Manu Buenonun qolu ilə fərqi azaltmağa müvəffəq olsalar da (3:1), cəmi 2 dəqiqə sonra Yan Diomande matçda son nöqtəni qoyub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!