Bu ərazidə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə işıq olmayacaq

Sosial

19 Oktyabr 2026 08:31 140


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması işləri aparılacaq.

“Yeni Sabah” “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev və Cəmşid Naxçıvanski küçələrində, İsmayıl Məmmədov küçəsinin, eləcə də Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlılığının artırılması təmin ediləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!